“Aptekə girəndə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar”
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp populyarlığının artması ilə bağlı zarafatla danışıb.
Sportify.az xəbər verir ki, mütəxəssis bu barədə “Sky Sports”a danışıb.
“Azarkeş kütləm genişlənib. Aptekə girəndə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar. Açığı, onların kim olduğumu bildiklərini düşünməzdim.
Millidə vacib bir iş gördüyümü hiss edir və anlayıram. Biz hamının bizdən gözlədiyi nəticəyə nail olmağa çalışırıq: heç bir komandanın qarşılaşmaq istəməyəcəyi kollektiv qurmaq istəyirik. Düşünürəm ki, artıq düzgün istiqamətdə irəliləyirik.
Heç bir təzyiq hiss etmirəm. Artıq 59 ildir özümü tanıyıram və hər zaman əlimdən gələni etməyə çalışmışam. Mənim edə biləcəyim yeganə şey budur. Özümə şübhə etmirəm” – deyə Klopp bildirib.
Qeyd edək ki, Almaniya millisi noyabrın 13-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Serbiya ilə qarşılaşacaq.



No Comment! Be the first one.