Qlen Conson: “Çelsi” Trent Aleksander-Arnoldla maraqlana bilər
İngiltərə klubu “Liverpul”un sabiq futbolçusu Qlen Conson “Çelsi”nin “Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etməyə cəhd göstərə biləcəyini düşünür.
Sportify.az xəbər verir ki, Consonun fikrincə, ingiltərəli futbolçu Madrid klubunda ona ayrılan roldan narazı qala bilər. O, “Real Madrid”ə keçməzdən əvvəl komandanın əsas heyətində müntəzəm oynamağı planlaşdırsa da, klubun sağ cinah müdafiəçisi mövqeyinə daha bir futbolçu transfer etməsi onun vəziyyətini çətinləşdirib.
“Trent Aleksander-Arnoldun “Real Madrid”də ona verilən roldan narazı qalması təəccüblü olmaz. O, kluba keçməzdən əvvəl sağ cinah müdafiəçisi kimi əsas heyətin daimi üzvü olacağını düşünürdü. Lakin növbəti yay klubun həmin mövqeyə daha bir müdafiəçi transfer etməsi onun vəziyyətini daha da çətinləşdirdi.
Aleksander-Arnold dünya səviyyəli futbolçudur və belə oyunçu ehtiyat oyunçular skamyasında oturmaq istəməz. Düşünürəm ki, ‘Çelsi’ yanvarda onunla maraqlana bilər. London klubu futbolçunu icarəyə götürə bilər. Bu, bütün tərəflər üçün ideal variant olardı. Hazırda ‘Çelsi’yə sağ cinah müdafiəçisi, Trentə isə daha çox oyun vaxtı lazımdır”, – deyə Consonun sözlərini “Tribal Football” yayıb.



No Comment! Be the first one.