Arsen Venger Bakıya səfər etdi
FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Azərbaycana gəlib.
Sportify.az xəbər verir ki, fransalı futbol mütəxəssisi Bakıda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında iştirak etmək üçün ölkəmizə səfər edib.
Qeyd edək ki, tarixdə ilk dəfə təşkil olunacaq bu yarışın qarşılaşmalarına oktyabrın 24-də start veriləcək. Turnir oktyabrın 30-dək davam edəcək.



No Comment! Be the first one.