“Arsenal”ın fəxri prezidenti vəfat etdi
İngiltərənin “Arsenal” klubunun fəxri prezidenti Ken Frayar 92 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, London təmsilçisinin mətbuat xidməti klubun müasir tarixinin formalaşmasında mühüm rol oynamış funksionerin ölümünü açıqlayıb.
Frayar ömrünün 76 ilini “Arsenal”a həsr edib. O, 1950-ci ildə klubda bilet kassasında işləməklə fəaliyyətə başlayıb. 1973-cü ildə katib vəzifəsinə təyin olunan Frayar, 1983-cü ildə idarəedici direktor olub.
Frayar 2000-ci illərin əvvəllərində “Arsenal”ın yeni stadionu olan “Emireyts”in tikintisi layihəsinə rəhbərlik edib. Yeni arena klubun əfsanəvi “Hayberi” stadionunu əvəzləyib.
2020-ci ildə, 86 yaşında klubun direktorlar şurasından ayrılan Frayara ömürlük fəxri prezident statusu verilib.
“Arsenal”ın rəsmi nekroloqunda o, klubun ənənələrinin və dəyərlərinin qoruyucusu adlandırılıb. London təmsilçisi Fryarın klubun maliyyə sabitliyinin təmin olunmasına və beynəlxalq miqyasda inkişafına böyük töhfə verdiyini vurğulayıb.



No Comment! Be the first one.