Arteta 150-ci qələbəsini qazandı
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Premyer Liqada 150-ci qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Premyer Liqanın yeni mövsümünün açılış oyununda “Arsenal” doğma meydanda İngiltərənin digər təmsilçisi “Koventri”ni 3:0 hesabı ilə məğlub edib.
Bu qələbə Arteta üçün Premyer Liqada 150-ci uğur olub. İspaniyalı mütəxəssis bu göstəriciyə 249 oyunda çatıb.
Qeyd edək ki, Mikel Arteta Premyer Liqa tarixində 150 qələbə həddinə ən sürətli çatan məşqçilər siyahısında 5-ci pillədə qərarlaşıb.


No Comment! Be the first one.