Astarada Pəncəli Teymurovun xatirə turniri keçirildi - VİDEO
Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.
Sportify.az xəbər verir ki, ilk dəfə keçirilən turnir Azərbaycan Güləş Federasiyası və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığıyla baş tutub.
U15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Yarışın ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U23 dünya çempionu, U15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.



No Comment! Be the first one.