Avropa çempionatı: Belçika və Portuqaliya qalib gəldi
Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda yeddinci günün oyunları keçirilib.
Sportify.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda bu gün Niderland – Belçika və Portuqaliya – Rumıniya qarşılaşmaları baş tutub.
Gərgin keçən hər iki oyunda tay-breyk qeydə alınıb. Bu qarşılaşmalarda Belçika və Portuqaliya yığmaları 3:2 hesablı qələbə qazanıblar.
Beləliklə, yeddi oyun günündən sonra C qrupuna Belçika 13 xalla (5 oyun, 5 qələbə) liderlik edir. Niderland 9 xalla (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) ikinci, Azərbaycan 8 xalla (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) üçüncü, Portuqaliya 5 xalla (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) dördüncü, Rumıniya 3 xalla (4 oyun, 4 məğlubiyyət) beşinci, İspaniya 1 xalla (4 oyun, 4 məğlubiyyət) altıncı yerdədir.
Qeyd edək ki, C qrupunda son oyunlar avqustun 28-də keçiriləcək. Sabah saat 15:30-da İspaniya – Rumıniya, saat 18:30-da isə Azərbaycan – Niderland qarşılaşmaları baş tutacaq.
Avropa çempionatı, C qrupu
27 avqust (7-ci gün)
Niderland – Belçika – 2:3 (25:27, 22:25, 25:22, 25:18, 13:15)
Portuqaliya – Rumıniya – 3:2 (15:25, 26:24, 20:25, 27:25, 15:13)


No Comment! Be the first one.