Avropa çempionatı: Boksçumuz finala yüksəldi - FOTOLAR
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda Furkan Avarla (Türkiyə) döyüşüb.
Hər 3 raundu xeyrinə bitirən Baxışov qələbə seriyasını davam etdirib. O, rəqibinə bu dəfə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
Azərbaycanlı boksçu finalda Daniele Fabi (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Yarımfinalda Banuçiçək Nəsirli (48 kq) isə Ellen Coysla (İrlandiya) gücünü yoxlayıb. Rəqib finala vəsiqə qazandığından Nəsirli çempionatı bürünc medalla bitirib.







No Comment! Be the first one.