Avropa çempionatı: Daha bir cüdoçumuz finalda!
Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxıb.
Sportify.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Süleyman Şükürov finala yüksəlib.
Şükürov ardıcıl olaraq, fransalı, moldovalı, ukraynalı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici qarşılaşmada onun rəqibi almaniyalı Konstantil Distel olacaq.
100 kq çəkidə yera alan Davud Namazlı və 100 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov isə bürünc medal uğrunda mübarizə aparacaq. 3-cü yer uğrunda görüşdə Namazlı niderlandlı Leonhard Fransenslə, Əhmədov isə monteneqrolu Stefan Koviniçlə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan cüdoçuları yarışda artıq iki qızıl medal qazanıblar. Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.



No Comment! Be the first one.