Avropa çempionatı: Millimiz ilk 2 medalı təmin etdi - FOTOLAR
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala, 2-si 1/2 finala vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb.
Görüş Məmmədlinin 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb. O, Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.
Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub. İstamov rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.
Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək.
Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27). Avropa çempionu yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.
Yarımfinala yüksələn boksçular özləri üçün azı bürünc medalı təmin ediblər.
Beləliklə, 1/4 final vəsiqə qazanan azərbaycanlı boksçuların sayı 11-ə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq.














No Comment! Be the first one.