Avropa çempionatı: Millimiz Litva ilə heç-heçə etdi
Azərbaycanın U-17 millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu komanda Litva ilə üz-üzə gəlib.
Oyun heç-heçə ilə bitib – 1:1. Millimizdə yeganə qolu 65-ci dəqiqədə Rəsul Balakişiyev vurub.
Xatırladaq ki, komanda bunadək Şimali İrlandiyaya 0:4, Almaniyaya 0:7 hesabı ilə məğlub olub.


No Comment! Be the first one.