Avropa Liqası: "Lion" uddu, "Milan" uduzdu - YENİLƏNDİ
UEFA Avropa Liqasının 2026/2027-ci il mövsümünün Liqa mərhələsinə start verilib.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə doqquz qarşılaşma keçirilib.
Turun diqqətçəkən görüşü İtaliyada baş tutub. “Milan” doğma meydanda Portuqaliya “Benfika”sına uduzub – 0:2. Beləliklə, “Benfika” ötən mövsüm Çempionlar Liqasında əsas mərhələnin ilk turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqdan düz bir il sonra səfərdə qalib gəlməyi bacarıb.
Bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın üstələdiyi İsrailin “Hapoel Beer Şeva” komandası Xorvatiya “Dinamo Zaqreb”inin müqavimətini qıra bilməyib – 0:0.
Eyni mərhələdə Türkiyə “Fənərbağça”sının iki oyunun yekununda məğlub etdiyi Fransa təmsilçisi “Lion” isə Belçikada “Anderlext”i məğlub edib – 2:1.
UEFA Avropa Liqası
Əsas mərhələ, I tur
16 sentyabr
20:45. “Ararat-Armeniya” (Ermənistan) – “Sparta Praqa” (Çexiya) – 1:4
20:45. “Omoniya” (Kipr) – “Selta” (İspaniya) – 1:0
23:00. “Milan” (İtaliya) – “Benfika” (Portuqaliya) – 0:2
23:00. “Bayer Leverkuzen” (Almaniya) – “Tsele” (Sloveniya) – 2:0
23:00. “Anderlext” (Belçika) – “Lion” (Fransa) – 1:2
23:00. “Sanderlend” (İngiltərə) – “AZ Alkmaar” (Niderland) – 1:0
23:00. “Şturm” (Avstriya) – “Renn” (Fransa) – 0:0
23:00. “Olimpiakos” (Yunanıstan) – “Yaqelloniya” (Polşa) – 2:1
23:00. “Hapoel Beer Şeva” (İsrail) – “Dinamo Zaqreb” (Xorvatiya) – 0:0
Qeyd edək ki, ilk turun digər 9 qarşılaşması sentyabrın 17-də keçiriləcək.



No Comment! Be the first one.