"Yuventus" və "Beşiktaş"dan darmadağın, "Seltik" uduzdu - YENİLƏNDİ
UEFA Avropa Liqasının liqa mərhələsində ilk turun son 9 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” İstanbulda Fransanın “Marsel” klubunu qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
“Beşiktaş”dan İlhan Fakılı 15-ci, Vatslav Çernı 56-cı, Murillo 59-cu, Ernest Poku 81-ci dəqiqədə fərqlənib. “Marsel”dən isə təsəlli qolunu Keylian Abdallah 30-cu dəqiqədə vurub.
“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duranın hazırkı komandası “Seltik” isə Şotlandiyada Macarıstan “Ferentsvaroş”una yenilib – 1:3. Duran sonadək heyətdə yer alsa da, qol vura bilməyib.
“Yuventus” isə İtaliyada Niderlandın “NEK Neymegen” komandasını darmadağın edib – 5:0.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
17 sentyabr
20:45. OFİ (Yunanıstan) – “Hoffenhaym” (Almaniya) – 2:0
20:45. “Levski” (Bolqarıstan) – “Zaltsburq” (Avstriya) – 0:1
23:00. “Yuventus” (İtaliya) – “NEC Neymegen” (Niderland) – 5:0
23:00. “Real Sosyedad” (İspaniya) – “Bornmut” (İngiltərə) – 1:2
23:00. “Viktoriya” (Çexiya) – “Union” (Belçika) – 0:3
23:00. “Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) – 1:3
23:00. “Kristal Pelas” (İngiltərə) – “Lex Poznan” (Polşa) – 4:0
23:00. “Beşiktaş” (Türkiyə) – “Marsel” (Fransa) – 4:1
23:00. “Lilleström” (Norveç) – “Unian Torrense” (Portuqaliya) – 1:2
Qeyd edək ki, növbəti turun görüşləri 15 oktyabrda keçiriləcək.



No Comment! Be the first one.