Güləşçimiz ikiqat dünya çempionu oldu
Azərbaycan yunan-Roma güləşçisi Ayxan Cavadov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Cavadov final görüşündə özbəkistanlı Dostonbek Oripova qalib gəlib – 4:1.
Bu qələbə ilə Ayxan Cavadov titulunu qoruyaraq ardıcıl ikinci dəfə U20 dünya çempionu olub.


No Comment! Be the first one.