Azərbaycan Basketbol Liqasında ilk dövrəyə yekun vuruldu
14-16 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında 7-ci turun görüşləri keçirilib.
Sportify.az xəbər verir ki, bu turun oyunları ilə birlikdə çempionatın birinci dövrəsinə yekun vurulub. ABL-in 7-ci turunda baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
“Sabah” – “Neftçi” (93:78)
“Landau Lions” – “Gəncə” (85:62)
NTD – “Naxçıvan” (56:84)
“Sumqayıt” – “Ordu” (123:88)
Qeyd edək ki, 7-ci turun ən dəyərli basketbolçusu (MVP) “Sabah” klubundan Çarlz Menninq seçilib. ABL-də 7 turdan sonra “Naxçıvan”, “Sabah” və “Neftçi” klubları ilk pilləyə şərikli liderdlik edirlər.


No Comment! Be the first one.