Erməni boksçu Azərbaycan idmançısı ilə döyüşdə diskvalifikasiya edildi
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Sportify.az xəbər verir ki, Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.
Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.







No Comment! Be the first one.