Azərbaycan Basketbol Federasiyasının FIBA-nı beynəlxalq məhkəməyə verməsinin SƏBƏBİ
Azərbaycan Basketbol Federasiyasının (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FIBA) qarşı İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırmasının səbəbi müəyyənləşib.
Bu barədə Sportify.az-ın sorğusuna cavab olaraq ABF-nin mətbuat xidmətindən rəsmi açıqlama verilib.
Səbəb kimi fikir ayrılığı göstərilib: “FIBA basketbolun dünya üzrə idarəedici qurumu və federasiyamızın üzv olduğu beynəlxalq təşkilatdır. Basketbolun inkişafı və institusional əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətimiz zamanı müəyyən məsələlərə dair fikir ayrılıqları yarana bilər. Belə hallarda federasiyamız Azərbaycan basketbolunun hüquq və maraqlarını qorumaq üçün müvafiq hüquqi vasitələrə müraciət edə bilər.
Lakin ABF CAS-a müraciətin konkret hansı məsələ ilə əlaqədar olduğunu açıqlamaqdan imtina edib: “Sözügedən iş FIBA-nın əvvəlki qaydalarından hazırda qüvvədə olan qaydalarına keçid zamanı yaranmış mübahisənin həlli ilə bağlıdır. Məqsəd Azərbaycan basketbolunun maraqlarını qorumaqdır.
Hüquqi proses davam etdiyindən və iş məxfi xarakter daşıdığından, hazırkı mərhələdə paylaşa biləcəyimiz məlumat yuxarıda qeyd olunanlarla məhdudlaşır”.
Qeyd edək ki, işə 2026-cı il dekabrın 1-də baxılması nəzərdə tutulub.



No Comment! Be the first one.