Azərbaycan Basketbol Liqasında 173 xallıq oyun
Azərbaycan Basketbol Liqasında 4-cü tur davam edir.
Sportify.az xəbər verir ki, NTD klubu “Ordu” kollektivi ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən matçda 173 xal qeyd alınıb. “Hərbçilər” 102:71 hesablı qələbə ilə azarkeşlərini sevindiriblər.
Qeyd edək ki, 4-cü tur oktyabrın 25-də başa çatacaq. Ötən gün “Sabah” “Naxçıvan”a məğlub olub- 83:88.



No Comment! Be the first one.