Gimnastlarımız dünya çempionu oldu
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurlu nəticə göstəriblər.
Sportify.az xəbər verir ki, qadınlardan ibarət qrup – Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28,580 xal toplayaraq qızıl medal qazanıblar.
Bununla da idmançılar dünya çempionu adına layiq görülüblər.
Kişilərdən ibarət cütlük – Murad Rəfiyev və Daniel Abbasov isə balans hərəkətləri proqramında 28,950 xal toplayaraq bürünc medal əldə ediblər.




No Comment! Be the first one.