Azərbaycan idmançısı Macarıstanda qızıl medal qazandı
Azərbaycan Kikboksinq Federasiyasının XTQ İdman Klubunun üzvü Həsən Allahyarov Budapeştdə keçirilən WAKO Dünya Kubokunda qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, yeniyetmələr arasında LK (Low Kick) üzrə 71 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub.
Qələbədən sonra Həsən Allahyarov Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə xatirə fotosu çəkdirib.


No Comment! Be the first one.