Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdə yarışa Premyer Liqa, I Liqa və II Liqanın bütün 34 klubunun qatılacağı açıqlanıb.
Komandalar 4 səbətə yerləşdiriliblər. II Liqa komandaları ən sonuncu, I Liqa klubları üçüncü, Premyer Liqa iştirakçılarından 5 – 11-ci yeri tutanlar və elitaya yüksələn “Şəfa” ikinci, 1 – 4-cü yerlərin sahibləri isə birinci səbətdə yer alıb.
Püşkü futbolçu karyerasını yenicə başa vurmuş Qara Qarayev və PFL-in Texniki idman direktoru Elgiz Abbasov çəkib.
Beləliklə, püşkün nəticəsi belə olub:
I təsnifat mərhələsi
1. “Marafon” – “Dinamo”
2. “Qaradağ Lökbatan” – “Şəki”
3. “Şirvan” – “Kür-Araz”
4. “Ağdaş” – “Hypers”
5. “Şəmkir” – “Ağstafa Gəncləri”
6. “Difai” – “Zəngəzur”
II təsnifat mərhələsi
7. “Şimal” – “Araz-Naxçıvan”
8. 1 cütünün qalibi – “Zaqatala”
9. “İmişli” – 2 cütünün qalibi
10. 3 cütünün qalibi – “Sumqayıt”
11. “Qəbələ” – “Mingəçevir”
12. MOİK – “Şahdağ Qusar”
13. “Xankəndi” – “Gəncəbasar”
14. 4 cütünün qalibi – “Şamaxı”
15. “Şəfa” – 5 cütünün qalibi
16. 6 cütünün qalibi – “Karvan-Yevlax”
17. “Səbail” – “Zirə”
18. “Kəpəz” – “Baku Sportinq”
1/8 final
19. 7 cütünün qalibi – 8 cütünün qalibi
20. “Sabah” – 9 cütünün qalibi
21. 10 cütünün qalibi – “Qarabağ”
22. 11 cütünün qalibi – 12 cütünün qalibi
23. 13 cütünün qalibi – 14 cütünün qalibi
24. “Neftçi” – 15 cütünün qalibi
25. 16 cütünün qalibi – 17 cütünün qalibi
26. “Turan Tovuz” – 18 cütünün qalibi
1/4 final
27. 19 cütünün qalibi – 20 cütünün qalibi
28. 21 cütünün qalibi – 22 cütünün qalibi
29. 23 cütünün qalibi – 24 cütünün qalibi
30. 25 cütünün qalibi – 26 cütünün qalibi
Yarımfinal
31. 27 cütünün qalibi – 28 cütünün qalibi
32. 29 cütünün qalibi – 30 cütünün qalibi
FİNAL
31 cütünün qalibi – 32 cütünün qalibi
Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə 7-8 oktyabrda start veriləcək. Final oyunu 2027-ci il mayın 12-də Gəncə Stadionunda keçiriləcək.






No Comment! Be the first one.