Azərbaycan Premyer Liqasında yeni qayda: 10 saniyə...
AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin təşkilatçılığı ilə media nümayəndələri üçün görüş keçirilib.
Sportify.az xəbər verir ki, görüş zamanı Oyun Qaydaları və VAR Protokolunda edilmiş son dəyişikliklər barədə jurnalistlərə ətraflı məlumat verilib.
VAR mütəxəssisi kimi tədbirə dəvət alan türkiyəli Murat İlqaz özü barədə məlumat verib.
Daha sonra AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov UEFA-nın yeni təlimatları ilə bağlı danışıb. Onun sözlərinə görə, oyunların daha sürətli keçməsi və ləngimələrin minimuma endirilməsi üçün bir sıra tədbirlər görülüb: “Bunlar özünü qayda pozuntuları, əvəzetmələr, qırmızı vərəqə göstərildiyi zamanı və digər epizodlarda büruzə verəcək. Əvəz olunan oyunçu əvəzetmə lövhəsi göstərildikdən sonra 10 saniyə ərzində meydançanı tərk etməlidir. Qapıçılar meydançadan qapı xətti tərəfdən çıxmalıdırlar. Onlara 10 saniyə limiti şamil olunmayacaq, amma bilərəkdən yubatsa, sanksiya tətbiq olunacaq. Birdən çox əvəzetmə olduqda əvəz olunan bütün oyunçular sonuncu əvəzetmənin göstərilməsindən sonra 10 saniyə ərzində meydançanı tərk etməlidir”.




No Comment! Be the first one.