Azərbaycanda yeni əcnəbi baş məşqçi debüt etdi
Misli Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.
Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub.
Kandido ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
Qeyd edək ki, Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. Kandido “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.



No Comment! Be the first one.