Azərbaycan – Çexiya matçının hakimləri müəyyənləşdi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya oyununun hakimləri müəyyənləşib.
Sportify.az xəbər verir ki, sentyabrın 25-də B qrupunda baş tutacaq qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Aaron O’Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O’Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pol Norton yerinə yetirəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:45-də başlayacaq.


No Comment! Be the first one.