Azərbaycan Kubokunun oyunu buna görə gec başladı - FOTO
AFFA İntizam Komitəsi “Zəngəzur” klubunu cəzalandıracaq.
Sportify.az-ın məlumatına görə, buna Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Karvan-Yevlax”la ev matçına təcili yardım maşınının vaxtında gəlməməsidir.
Bununla əlaqədar oyun saat 14:00-da yox, təqribən 15 dəqiqə gec başlayıb.
Qaydalara əsasən, belə hallarda məsuliyyəti meydan sahibi klub daşıyır.
Ona görə də “Zəngəzur”un cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, Binəqədi stadionunda hazırda davam edən görüşdə hesab açılmayıb – 0:0.





No Comment! Be the first one.