Elçin Məsiyevin cəza müddəti bəlli oldu
FIFA referisi Elçin Məsiyev yenidən Misli Premyer Liqasının oyununa təyinat alıb.
Sportify.az xəbər verir ki, Məsiyev X turun “Kəpəz” – İmişli” matçında baş hakim kimi iş başında olacaq.
Noyabrın 1-də Gəncə Stadionunda təşkil olunacaq görüş saat 17:30-da başlanacaq.
Məsiyev V turun 13 sentyabrda V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda yanlış penalti təyin etdiyi üçün cəzalanmışdı. O, 4 tur və ya 49 gün elita qarşılaşmalarından kənarda qalıb. Bu müddətdə FIFA referisi bir neçə beynəlxalq oyuna, o cümlədən, Avropa Liqası matçına təyinat alıb.



No Comment! Be the first one.