"Liverpul"un skautları "Qalatasaray"lı üçün İstanbula gələcək
İngiltərənin “Liverpul” klubunun skautlarının Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qalatasaray” – “Ştutqart” matçını izləmək üçün İstanbul təmsilçisindən ayrıca loja istədiyi bildirilir.
Sportify.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul”un nümayəndələri görüşdə “Qalatasaray”ın Rusiya millisinin 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışını izləməyi planlaşdırır. Qarşılaşma noyabrın 4-də İstanbulda yerləşən “RAMS Park” stadionunda keçiriləcək.
Batrakova digər Avropa klublarının da maraq göstərdiyi iddia olunur. Məlumata əsasən, “Arsenal”, “Tottenhem”, “Brayton”, “Mançester Yunayted”, “Çelsi”, “Mançester Siti”, PSJ və “Monako” da futbolçunun çıxışını izləyir.
Batrakov yay transfer pəncərəsində “Qalatasaray”a keçib. 21 yaşlı futbolçu daha əvvəl Moskvanın “Lokomotiv” klubunda çıxış edib və həmin klubun akademiyasının yetirməsidir.


No Comment! Be the first one.