Bakıda C qrupunun oyunlarını 7 ölkənin hakimləri idarə edəcək
Qadın voleybolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək C qrupu oyunlarını idarə edəcək hakimlər bəlli olub
Sportify.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) 21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Hakimlər briqadası 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir:
Goren Roy (İsrail) – Baş hakim (hakimlərin fəaliyyətini qiymətləndirəcək)
Vladimir Cvetkoviç (Serbiya) – Challenge (Çelenc) hakimi
Erdal Akıncı (Türkiyə) – Hakim
Helena Persson (İsveç) – Hakim
Mikele Brunelli (İtaliya) – Hakim
Bartlomiey Adamçık (Polşa) – Hakim
Dominik Biegajlo (Böyük Britaniya) – Hakim
CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar. Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.
Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.



No Comment! Be the first one.