Bakıda taekvondo üzrə ölkə çempionatı keçiriləcək
21–24 sentyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatı təşkil olunacaq.
Sportify.az xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar.
Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il təvəllüdlü oğlan və qızlar, 16–21 yaşlılar arasında ölkə çempionatında isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar:
Oğlanlar — 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq
Qızlar — 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq
16–21 yaşlılar:
Oğlanlar — 54 kq, 58 kq, 63 kq, 68 kq, 74 kq, 80 kq, 87 kq, +87 kq
Qızlar — 46 kq, 49 kq, 53 kq, 57 kq, 62 kq, 67 kq, 73 kq, +73 kq
Yarışın ilk iki günü uşaqlar arasında ölkə birinciliyinin, son iki günü isə 16–21 yaşlılar arasında ölkə çempionatının görüşləri keçiriləcək.
Qeyd edək ki, uşaqlar arasında çəki prosesi və mandat komissiyasının işi 20 sentyabr, 16–21 yaşlılar arasında isə 22 sentyabr tarixində FHN İSK-da təşkil olunacaq.



No Comment! Be the first one.