"Barselona" "Ayaks"a qalib gəldi
“Barselona” və “Ayaks”ın veteran futbolçuları Yohann Kroyff Fondunun xeyrinə təşkil olunan xeyriyyə matçında üz-üzə gəliblər.
Sportify.az xəbər verir ki, Amsterdamda keçirilən qarşılaşma “Barselona” komandasının 7:4 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində sabiq hücumçular Xavyer Saviola və Nolito dubl ediblər. Rojer Qarsiya, Aleiş Vidal və Kristian Telyo isə hərəyə bir qol vurublar.
“Ayaks”ın heyətində sabiq hücumçular Patrik Klyuyvert, Klas-Yan Huntelaar və Sim de Yonq fərqləniblər.
Qeyd edək ki, müxtəlif illərdə hər iki klubun formasını geyinmiş yeddi veteran futbolçu bu görüşdə hər iki komandanın heyətində çıxış edib. Frank və Ronald de Bur qardaşları, Patrik Klyuyvert, Yari Litmanen, Rixard Vitsqe, Rojer Qarsiya və Boyan Krkiç bu futbolçular arasında yer alıblar.



No Comment! Be the first one.