“Barselona” Estevaonu izləyir
İspaniya təmsilçisi “Barselona” Estevao Villianın İngiltərə klubu “Çelsi”dəki vəziyyətini yaxından izləyir.
Sportify.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Məlumata görə, Kataloniya klubu 19 yaşlı braziliyalı hücumçunun London təmsilçisindəki statusundan narazılığının artmasını diqqətdə saxlayır.
Estevaonun baş məşqçi Xabi Alonsonun ona kifayət qədər güvənməməsindən məyus olduğu bildirilir. Gənc futbolçu İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk 5 matçda cəmi 23 dəqiqə meydanda olub. Bu göstəricinin onun Avropa karyerası ilə bağlı gözləntilərinə cavab vermədiyi qeyd edilir.
“Barselona”nın idman rəhbərliyi də vəziyyəti yaxından izləyir. Klubun idman direktoru Deko hadisələr barədə birbaşa məlumatlara malikdir və braziliyalı futbolçunun gələcək perspektivlərini qiymətləndirərək vəziyyətin inkişafını nəzarətdə saxlayır.



No Comment! Be the first one.