Eto`O Yamalı “Qızıl top”un favoriti hesab edir
“Qızıl top” uğrunda mübarizədə İspaniya “Barselona”sının futbolçusu Lamin Yamalı dəstəkləyənlərə Samuel Eto`O da qoşulub.
Sportify.az xəbər verir ki, Kamerun millisinin sabiq hücumçusu sosial şəbəkə hesabında 19 yaşlı forvardla bağlı paylaşım edib.
Eto`O Yamalın istedadını və oyununu yüksək qiymətləndirərək onu “ürəklərin “Qızıl top”u” adlandırıb və mükafat uğrunda mübarizədə ona uğurlar arzulayıb.
Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində özü də “Qızıl top”a namizədlər sırasında yer alıb. Kamerunlu hücumçu 2005 və 2009-cu illərdə yekun sıralamada beşinci olub.



No Comment! Be the first one.