“Barselona” Xulian Alvaresdən imtina etdi
İspaniyanın “Barselona” klubu “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresin transferindən imtina edib.
Sportify.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin idman direktoru Deko açıqlama verib.
“Xulian Alvares artıq keçmişdə qalıb. Biz qarşıya baxmalıyıq və əlimizdə olanlardan razıyıq. Ümid edirəm ki, onun da hər şeyi yaxşıdır və Alvares klubuna kömək edir”, – deyə Deko bildirib.
Qeyd edək ki, ötən yay Xulian Alvares “Atletiko”nun rəhbərliyi ilə fikir ayrılığı yaşayıb və “Barselona”ya keçmək istədiyini açıq şəkildə ifadə edib. Lakin Madrid klubu argentinalı futbolçunun transferinə icazə verməyib.



No Comment! Be the first one.