“Bavariya” Avropa TOP liqalarında məğlubiyyətsiz yeganə klubdur
Almaniyanın “Bavariya” klubu cari mövsümdə Avropanın əsas liqalarında hələ də məğlub olmayan yeganə komanda olaraq qalır.
Sportify.az xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi komanda Bundesliqanın 7-ci turunda “Frayburq”u 3:1 hesabı ilə məğlub edib.
“Məğlubedilməzlər. Bu mövsüm Avropada hələ də məğlub olmayan yeganə komandayıq”, — deyə “Bavariya”nın mətbuat xidməti X sosial şəbəkəsində paylaşım edib.
Münhen təmsilçisi cari mövsümdə keçirdiyi 12 oyunda 8 qələbə qazanıb, 4 dəfə isə heç-heçə edib. “Bavariya” oktyabrın 28-də Almaniya Kubokunun 1/16 final mərhələsində “Maqdeburq”la qarşılaşacaq.
Hazırda “Bavariya” Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Komanda 7 oyundan sonra 17 xal toplayıb. Eyni xala malik Dortmund “Borussiya”sı ikinci pillədə qərarlaşıb.



No Comment! Be the first one.