"Bavariya"da şok zədələr: Harri Keyn, Maykl Olise...
Almaniya Bundesliqasının 10-cu turunda keçirilən “Bavariya” – “Maynts” matçında meydan sahiblərinin aparıcı futbolçuları zədələnib.
Sportify.az xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn 20-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise də “Köln”lə qarşılaşmanın ilk hissəsinin sonunda zədələnib. Fransalı futbolçu fasilədə əvəzlənib.
Beləliklə, Münhen təmsilçisi Harri Keyn və Maykl Olisenin xidmətindən məhrum olub. Hər iki futbolçunun zədəsinin ağırlığı ilə bağlı hələlik məlumat verilməyib.



No Comment! Be the first one.