Boksçumuz Avropa üçüncüsü oldu
Azərbaycan boksçusu Nəbi İsgəndərov Sofiyada Avropa çempionatında Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.
Sportify.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan idmançı gümüş mükafata sahib olub.
Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.



No Comment! Be the first one.