Böyük Dəbilqə: Son 4 cüdoçumuz tatamiyə çıxır
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqənin son yarış günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq.
Sportify.az xəbər verir ki, ağır çəkili idmançılardan 3-ü qadınların, 1-i qızların mübarizəsinə qatılacaq.
Qadınlar
+78 kq, 1/16 final
Madina Kaisinova – Qabriyel Buvye (Belçika)
Kişilər
90 kq, 1/16 final
Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə
100 kq, 1/16 final
Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə
+100 kq, 1/16 final
Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)
Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)
Qeyd edək ki, daha öncə Azərbaycan cüdoçularından Rəşid Məmmədəliyev (73 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) bürünc medal qazanıb.


No Comment! Be the first one.