Böyük Dəbilqə: Millimizin heyəti açıqlandı - FOTOLAR
Avqustun 28-də İsveçrənin Lozanna şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqə üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 9 çəki dərəcəsində 10 kişi, 4 qadın olmaqla 14 idmançı mübarizə aparacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcəklər.
Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qadınların, Əhməd Yusifov (60 kq), Turan Bayramov, Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov, Uşanqi Kokauri (hər ikisi +100 kq) kişilərin yarışına qatılacaq.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.









No Comment! Be the first one.