Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadası başlayır.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət milliyə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli dəvət olunub.
Qadın komandasının heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədov çıxış edəcək.
Püşkə əsasən, birinci turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeşlə, qadınlardan ibarət yığma isə Qvatemala şahmatçıları ilə mübarizə aparacaq.
İlk turda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcək.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq.
Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.




No Comment! Be the first one.