Çempionlar Liqası: “Araz-Naxçıvan” səfərə 14 futzalçı ilə yollandı – SİYAHI
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün Bakı – İstanbul – Varşava hava reysi ilə Polşaya yollanıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, futzalçılar hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.
Naxçıvan komandası iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Kollektivi oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır.
Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov
Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə
Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.
V qrupun oyunları Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək.



No Comment! Be the first one.