Çempionlar Liqası: "Fənərbağça" "Lion"a qarşı
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçiriləcək.
Türkiyə təmsilçisi “Fənərbağça” Fransanın “Lion” komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
23:00. “Levski” (Bolqarıstan) – “AEK Afina” (Yunanıstan)
23:00. “Dinamo Zaqreb” (Xorvatiya) – “Vikinq” (Norveç)
23:00. Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa)
Qeyd edək ki, qalan 4 oyun avqustun 19-da olacaq. Azərbaycan təmsilçisi “Sabah” Rumıniyanın paytaxtı Buxarestdə İsrail çempionu “Hapoel Beer Şeva”nın qonağı olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşləri isə 25-26 avqustda olacaq.



No Comment! Be the first one.