Çempionlar Liqası: Komandamız "Sportinq"i üstələdi - YENİLƏNDİ
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi Portuqaliyada yerli “Sportinq” klubunun qonağı olub.
İlk oyunda 2:3 hesabı ilə uduzan “Xilasedici” bu dəfə eyni hesabla qalib gəlib. Ümumi hesab bərabər olduğu üçün oynanılan qızıl setdə Azərbaycan komandası qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib.
“Xilasedici” bu mərhələdə Sloveniyanın “ACH Volley Lyublyana” və Niderlandın “Orion Stars DOETINCHEM” cütünün qalibi ilə qarşılaşacaq.
CEV Çempionlar Liqası
Kişilər
II təsnifat mərhələsi, cavab görüşü
11 noyabr
“Sportinq Lissabon” (Portuqaliya) – “Xilasedici” (Azərbaycan) – 2:3 (25:21, 18:35, 25:22, 21:25, 13:15)
Qızıl set – 13:15
Portuqaliya, Lissabon
3 noyabr (İlk oyunun nəticəsi)
“Xilasedici” – “Sporting CP Lisboa” 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)
Bakı, FHN-nin idman zalı.






No Comment! Be the first one.