Çempionlar Liqası: "Mançester Yunayted" - "Sabah" matçı onlara tapşırıldı
UEFA Çempionlar Liqasının ilk turunda İngiltərənin “Mançester Yunayted” və Azərbaycanın “Sabah” komandaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanı fransalı referi Villi Delajo idarə edəcək.
Ona Ervan Finjan və Valentin Evrard yan xətt hakimləri, Matyö Vernis dördüncü hakim qismində yardımçı olacaq. VAR hakimi fransalı Jerom Brizar, onun köməkçisi isə serbiyalı Momçilo Markoviç təyin edilib.
Qeyd edək ki, sentyabrın 10-da Mançesterdəki “Old Trafford” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.