Çempionlar Liqası matçının biletləri pulsuz oldu
Qadın voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununda azarkeşlər üçün xüsusi təşəbbüs həyata keçirəcək.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz təqdim ediləcək.
Voleybol həvəskarları oktyabrın 10-dan biletləri Tovuz Olimpiya İdman Kompleksindən ödənişsiz əldə edə biləcəklər. Qarşılaşma üçün ümumilikdə 1500 bilet hazırlanır.
Tovuzda idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləmələri üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.
Bununla yanaşı, qarşılaşma başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.



No Comment! Be the first one.