Çimərlik voleybolunda qaliblər müəyyənləşdi
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb.
Avqustun 4-də start götürən çempionatın sonuncu günündə final qarşılaşmaları keçirilib.
Qadınların yarışında “Azərreyl Salam” və “Azərreyl Salam Sharing” klubları, kişilərin yarışında isə FHN-2 və “Djevo” komandaları qızıl medallar uğrunda mübarizə aparıblar. “Azərreyl Salam” 2:0, FHN-2 komandası isə 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıblar.
Bakı Su İdmanı Sarayında təşkil olunan final qarşılaşmalarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi keçirilib. Qaliblərə kubok, diplom və medalları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və federasiyanın İdarə heyətinin üzvü Elqar Bağırov təqdim ediblər. Çempion olan komandalar bu il keçiriləcək klublararası Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Final (qadınlar)
“Azərreyl Salam” – “Azərreyl Salam Sharing” 2:0 (21:15, 21:17)
Final (kişilər)
FHN-2 – “Djevo” 2:1 (26:24, 17:21, 15:11)
Qadınların yarışında mükafatçılar:
Qızıl medal – “Azərreyl Salam” (Kseniya Dabija / Leyla Əliyeva)
Gümüş medal – “Azərreyl Salam Sharing” (Səbinə Əlizadə / Alyona Osipova)
Bürünc medal – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli, Çinarə Quliyeva, Albina Dəmirova)
Kişilərin yarışında mükafatçılar:
Qızıl medal – “FHN-2” (Almaro Nunez Qustavo/Asif Əliyev/Elmin Alişanov)
Gümüş medal – “Djevo” (İbrahim Məmmədov/Muhəmməd Aslanlı)
Bürünc medal – FHN-1 (Vadim Kutukov/Reyes Rodirqes/Ülvi Rəcəbli)



No Comment! Be the first one.