Avropa çempionumuza dopinq cəzası verildi - FOTO
Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə cəzalandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi qərar qəbul edib.
İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi təsbit edilib.
Qadağan edilmiş maddələrin adları isə S5 diuretiklər və ya gizlədici agentlər- furosemiddir.
Sanksiya bu il iyulun 6-da qüvvəyə minib və 6 iyul 2028-ci ilədək qüvvədə olacaq.




No Comment! Be the first one.