Daha dörd idmançımız tatamiyə çıxır
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxacaq.
Sportify.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Aslan Kotsoyev 1/16 finalda bolqarıstanlı Anton Dimitrovla, Süleyman Şükürov isə fransalı David Yurkovski ilə qarşılaşacaq.
100 kq-da çıxış edən Davud Namazlı 1/16 finalda litvalı Mayus Genis ilə üz-üzə gələcək.
+100 kq çəki dərəcəsindəki Ramazan Əhmədov isə mübarizəyə 1/8 finaldan başlayacaq. O, Martin Sedlak (Çexiya) – Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Yarışın təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatına sentyabrın 6-da yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan cüdoçuları yarışda artıq iki qızıl medal qazanıblar. Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.



No Comment! Be the first one.