Dani Olmo: İndi məqsədimiz Çempionlar Liqasını qazanmaqdır
İspaniya “Barselona”sının yeni mövsümdə əsas hədəfi Çempionlar Liqasını qazanmaqdan ibarət olacaq.
Sportify.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Dani Olmo doğma şəhəri Terrassada İspaniya millisinin dünya çempionatındakı qələbəsi münasibətilə keçirilən təntənəli mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
28 yaşlı hücumameylli yarımmüdafiəçi deyib: “Böyük dünya çempionluğunu qeyd etdik. İndi isə yeni məqsədlərimiz var: qazandığımız titulları qorumaq və səbirsizliklə gözlədiyimiz Çempionlar Liqasına getmək”.
O, “Barselona”nın ötən iki mövsümdə ölkə daxilində uğurlu çıxış etdiyini və artıq Avropada da titul qazanmaq istədiyini bildirib: “Real Madrid” çox yaxşı güclənib, biz də. Həm onların, həm də bizim məqsədimiz hər şeyi qazanmaqdır. Son iki ildə ölkə daxilində çox uğurlu olmuşuq. İndi isə Avropada uğur qazanmaq istəyirik”.
Olmo İspaniya millisi ilə dünya çempionluğundan əlavə, 2023-cü ildə Millətlər Liqasını, 2024-cü ildə isə Avropa çempionluğunu əldə edib.
Xatırladaq ki, “Barselona” Çempionlar Liqasının liqa mərhələsində Azərbaycanın “Sabah” klubunun rəqiblərindən biridir. İki komanda noyabrın 25-də Bakıda üz-üzə gələcək. İspaniya təmsilçisi turnirin son qalibi olmaqla yanaşı, tarixində 5 dəfə Çempionlar Liqasını qazanıb. “Barselona” sonuncu dəfə 2015-ci ildə bu titula sahib çıxıb.



No Comment! Be the first one.