Dembele: Xviça Kvaratsxeliya dünyanın ən yaxşı futbolçusudur
Fransa təmsilçisi PSJ-nin hücumçusu, ötən ilin “Qızıl top” mükafatının sahibi Usman Dembele komanda yoldaşı Xviça Kvaratsxeliyanı dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Sportify.az xəbər verir ki, fransalı forvard bu barədə Liqa 1-in mətbuat xidmətinə müsahibəsində danışıb.
Usman Dembele gürcüstanlı futbolçunun bu il “Qızıl top” mükafatına layiq olduğunu söyləyib: “O, dünyanın ən yaxşı futbolçusudur. Bu il “Qızıl top”u qazansa, çox sevinərdim. Çünki buna layiqdir. Onun keçirdiyi mövsüm müstəsna olub. Mənim üçün o, dünyanın ən yaxşı oyunçusudur və məhz buna görə bu mükafatı qazanmağa layiqdir”.
Xviça Kvaratsxeliya 2025-ci ildən PSJ-nin formasını geyinir. O, ötən mövsüm Paris təmsilçisinin heyətində 48 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Usman Dembele və Xviça Kvaratsxeliya bu il “Qızıl top”a namizəd olan 30 futbolçunun siyahısında yer alıblar. Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.



No Comment! Be the first one.