II Liqada üç futbolçu cəzalandırılıb
Sportify.az xəbər verir ki, AFFA İntizam Komitəsi II Liqanın II turunun oyunları ilə bağlı qərarlar qəbul edib.
“Marafon” – “Difai” matçında “Difai”nin futbolçusu Fəzail Şirxanzadə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb. Klub 50 manat cərimə olunub.
Həmin qarşılaşmanın 90+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Difai”nin digər futbolçusu Emil Binyətzadə isə hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Difai” klubu 1000 manat məbləğində cərimələnib.
“Kür-Araz” – “Şəki” oyununda meydandan qovulan “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov da cəzalandırılıb. Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan oyunçu 3 matçlıq cəzaya məruz qalıb. Klub 300 manat cərimə ödəyəcək.


No Comment! Be the first one.